23 aprel 2019 18:00
122

Üç ayda dəniz nəqliyyatı ilə 131,4 milyon dollarlıq yük daşınıb

Cari ilin yanvar-mart aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 191 min 197 ton yük daşınıb ki, bu yüklərin dəyəri 131 milyon 452 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, üç ayda dəniz nəqliyyatı ilə ixrac olunan 74 min 665 ton yükün dəyəri 37 milyon 527 min dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 116 min 532 ton, dəyəri isə 93 milyon 925 min dollar təşkil edib.