10 oktyabr 2019 19:12
101

Tvinninq layihəsi çərçivəsində növbəti seminar

Azərbaycan Texniki Universitetində (AzTU) Tvinninq layihəsinin Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək qrantı çərçivəsində növbəti seminar keçirilib.

AzTU-dan bildirilib ki, seminarda çıxış edən beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva layihə haqqında məlumat verib.

Sonra Latviya Universitetinin Kimya kafedrasının müdiri, Tvinninq layihəsinin eksperti xanım Mara Yurenin “Təlim nəticələrinin yazılmasına və qiymətləndirilməsinə dair” mövzusunda məruzəsi dinlənilib və müzakirə edilib.

Daha sonra Mara Yure universitetin Kimya, Metallurgiya və metalşünaslıq kafedraları ilə tanış olub.