12 sentyabr 2019 15:12
109

Türkiyədə zəlzələ - Sakinlər təşvişə düşdü

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar beş kilometr dərinlikdə qeydə alınıb.

Təkanlar qonşu vilayətlərdə də hiss olunub.

Zəlzələ nəticəsində fəsad və ya itkilər qeydə alınmasa da, sakinlər arasında təşviş yaranıb.