16 iyul 2019 16:46
266

Türkiyədə kuryoz transfer

Türkiyənin "Menemenspor" klubu yay transfer pəncərəsində gülməli səhvə yol verib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, birinci divizion təmsilçisi Portuqaliyanın həvəskarlar liqasında çıxış edən "Alkoşetense"nin futbolçusu Alfa Callounu heyətinə qatsa da, bir gün sonra qambiyalı oyunçu ilə müqaviləni ləğv edib.

Buna səbəb menecerlərin futbolçunu İtaliyanın "Kyevo" klubunda oynayan həmsoyadı Lamin Callou ilə qarışıq salmasıdır. Lamini transfer etmək istəyən klub əvəzində Alfanı heyətinə qatıb ki, nəticədə bu cür kuryoz hadisə ortaya çıxıb.

Qeyd edək ki, Lamin Callou ötən mövsüm icarə əsasında "Salernitana"da 35 oyuna 6 qol vurub. A. Callou isə bu günə qədər peşəkar səviyyədə oyun keçirməyib.