19 mart 2020 15:18
1508

Türkiyədə futbol liqaları dayandırıldı

Futbol üzrə Türkiyə liqalarının oyunları dayandırılıb.

"Report" "Fanatik" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin (TFF) iclasında qərar qəbul olunub.

İddiaya görə, Superliqa da daxil olmaqla, ölkə çempionatlarında bir ay müddətinə bütün matçlar təxirə salınıb. Rəsmi açıqlamanı TFF prezidenti Nihat Özdemir və Gənclik və İdman Naziri Mehmet Muharrem Kasapoğlunun verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.