19 mart 2020 21:53
919

Türkiyə Superliqasının oyunları təxirə salınıb

Koronavirus pandemiyasının yayılması səbəbindən Türkiyə Superliqasının oyunları təxirə salınıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ilə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir arasında keçirilən görüşdən sonra ictimaiyyətə məlumat verilib.

Əvvəlcə federasiyanın İcraiyyə Komitəsini növbədənkənar iclasa çağıran, eyni zamanda, klub rəhbərlərinin fikrini öyrənən federasiya prezidentinin nazirlə görüşündən sonra futbol yarışlarının qeyri-müəyyən müddətə təxirə salınması barədə qərara qəbul olunub.

Qeyd edək ki, növbəti turun oyunlarının martın 20-22-də keçirilməsi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, daha əvvəl Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.