Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 19:06
435

Türkiyə Qara dənizdə yeni təbii qaz ehtiyatı aşkarlayıb

Türkiyə Qara dənizdəki milli sektorunda yeni təbii qaz ehtiyatı aşkarlayıb. “Fatih” kəşfiyyat gəmisi tərəfindən araşdırma aparılan “Sakarya” yatağının “Tuna-1” kəşfiyyat quyusunda 85 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlanıb. Beləliklə, Türkiyə tərəfindən Qara dənizdə aşkarlanan təbii qaz ehtiyatının həcmi 405 milyard kubmetrə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fatih” kəşfiyyat gəmisini ziyarəti zamanı açıqlayıb.

Bu günün Türkiyə üçün tarixi gün olduğunu deyən Rəcəb Tayyib Ərdoğan əsas hədəfin 2023-cü ildə Qara dəniz qazının ölkə əhalisinin istifadəsinə verilməsi olduğunu vurğulayıb.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.