24 yanvar 2020 17:01
852

Türkiyə kubokunda 1/4 final cütləri müəyyənləşib

Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

1/8 final səddini adlayan komandalar fevralın 4-6-da ilk, 11-13-də cavab oyunlarını keçirəcəklər.

Yarımfinal mərhələsi martın 3-5 və aprelin 11-13-də baş tutacaq. Final qarşılaşması isə mayın 21-də təşkil olunacaq.

Türkiyə kuboku 1/4 final

1. “Trabzonspor” – “Ərzurumspor” 
2. “Kırklarelispor” - “Fənərbaxça” 
3. “Antalyaspor” – “Sivasspor”
4. “Alanyaspor” - “Qalatasaray”

Yarımfinal

1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi //ApaSport