Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 noyabr 2020 00:13
206

Türkiyə koronavirus peyvəndini bütün dünya üçün əlçatan edəcək

Türkiyə özünün hazırladığı koronavirus əleyhinə peyvəndi bütün dünya üçün əlçatan etmək niyyətindədir.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmilik” (G-20) ölkələrinin liderləri arasında keçirilən videokonfransda çıxış edərkən deyib.

R.T.Ərdoğan həmçinin bildirib ki, dünya, xüsusən də inkişaf etmiş ölkələr pandemiya dövründə həmrəylik və qarşılıqlı yardım sınaqlarından uğurla çıxa bilməyib.