24 aprel 2019 10:48
180

Türkiyə ilə Azərbaycan bütün şər və böhtanlar qarşısında məğrur dayanırlar

Qədim Mesopotamiyada müxtəlif etnosların hibridindən yaranmış əqidəsiz, yaltaq və ikiüzlü erməni toplumu bu gün yenə özünü dünya ictimaiyyəti qarşısında acınacaqlı vəziyyətə salaraq  qondarma “soyqırımı” əllərində bayraq edib ağlamağa başlayacaqlar. İllərlə türkləri özlərinə bir nömrəli düşmən elan edənlər türk adını ləkələmək üçün uzun zamandır var gücləri ilə çalışırlar.

Bu məsələ ilə bağlı Milli Məclisin deputatı, professor Fəzail İbrahimli qəzetimizə açıqlamasında bildirdi ki, özünü yazıq, məzlum xalq kimi təqdim edən və  xarici siyasətində soyqırımı həlledici xətt götürən Ermənistan “soyqırımı” adlanan  ifadəyə söykənərək dünyada öz ikiüzlü varlığı ilə türk dünyasına qarşı mübarizə aparır. “Tarixdən məlumdur ki, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində yaşayan ermənilərin xəyanəti Türkiyə dövlətini məcbur etdi ki, öz yaşadığı dövlətə xəyanət edən erməniləri sivil qaydada bölgələrindən çıxarsın.  1919-cu ildə məşhur “Times” qəzeti yazırdı ki, türklərin aldıqları bu qərarda  köçürülən ermənilərin gələcəkdə öz yaşadıqları ərazilərə qayıtmaları haqqında maddə də var idi.”

Çar II Nikolayın  müharibə ərəfəsində Qafqaz cəbhəsinə gələrək  Dardanel və Bosfor boğazında rus bayrağı dalğalandıraraq, Türkiyə ərazisində böyük Ermənistan dövləti yaratmaq istəyi rəzil erməniləri daha da cuşa gətirmişdi.  Onlar düşünürdülər ki,  Türkiyə ərazisində Türkiyəni məhv edib “Böyük Ermənistan” dövləti yaradacaqlar. Ermənilər də  şirniklənib öz yaşadıqları ölkəyə düşünmədən xəyanət etdilər.

Sarıqamış döyüşündə  Türkiyənin məğlubiyyəti qaniçənlərə   Bitlis və digər şəhərlərdə türklərə divan tutmağa, soyqırımı törətməyə cəsarət verdi.  

Uydurma erməni “soyqırımı” adlandırılan məsələnin  3 əsas mərhələ keçdiyini deyən F.İbrahimli 1-ci mərhələnin müharibədən sonrakı dövr olduğunu söylədi. “Türkiyə müharibədə məğlub oldu və Türkiyə haqqında dünyada qəddarcasına siyasi qərarlar qəbul olundu, 1920-ci il martın 16-da ölkə bölüşdürüldü. Bölüşdürülmüş Türkiyəni   Paris sülh konfransında xüsusən Amerika Prezidenti Vilsonun rəhbərliyi ilə Türkiyəni dünya ictimaiyyətinin nəzərindən salmaq,  rüsvay etmək və ermənilərin çirkin  istəyini reallaşdırıb özlərinin siyasi qərarlarını gerçəkləşdirmək üçün bir missiya təşkil edərək Anadoluya göndərdilər. General Harvordun rəhbərliyi altında fəaliyyətə başlayan missiya Harvord missiyası kimi tarixə daxil olub. Missiyanın tərkibində digər komissiya üzvləri də var idi. Artur Saferlan, Naylon və digərləri. İstədikləri nəticəni əldə edə bilmək üçün qəbirdən ölən insanları çıxararaq yoxlayan missiya üzvləri istədikləri nəticə ilə qarşılaşa bilmədilər.  Bu onların siyasi istəklərini ödəmədi və  məlum  oldu ki, ölənlər ermənilər deyil, əksinə ermənilərin öldürdükləri türklərdir. Ona görə də Harvord Missiyasının verdiyi qərar heç bir sübut olmadığı üçün tarixin arxivinə atıldı. Bu 1-ci mərhələnin sonu idi. Bununla da “soyqırımı” söhbəti bir müddət səngidi, sübut olunmadı.

Uydurma “soyqırımı”nın ikinci mərhələsi kimi müəyyən dövr keçəndən sonra erməni dini liderlərinin  Amerika, İngiltərə və SSRİ-yə müraciətlərini qeyd edən millət vəkili bu müraciətin əsasında  türklərin guya erməni torpağı olan Qars, Ərdəhan, Batumi və digər yerlərdən ərazilərin geri alınması dayandığını vurğuladı. “Bu müraciəti təbii ki, Amerika və İngiltərə reallaşdıra bilməzdi. Çünki adıçəkilən torpaqlar bu minvalla SSRİ tərkibinə qatılacaqdı. Onlar bundan imtina etdilər. Bu, yalnız SSRİ-nin marağına səbəb oldu və Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etməyə başladı. Türkiyənin ərazi iddiası ilə üz-üzə qaldığı dövrdə  dünyada da kifayət qədər qarışıqlıq olduğu üçün Türkiyə NATO blokuna daxil olmağı seçdi. NATO blokuna girəndən sonra bu məsələ uzun müddət səngidi və eyni zamanda Stalinin 1953-cü ildə ölümü bu məsələni səngidərək demək olar ki, gündəmdən çıxardı. Düzdü ara-sıra addımlar atılırdı. Məsələn,  Xruşov dövründə də müraciətlər olunurdu.   Xruşov isə ciddi surətdə Stalinin  kadrlarını tənqid etmək üçün onları ittiham etdi ki, siz Türkiyədən torpaq eşqinə düşdünüz, böyük bir dövləti bizə düşmən etdiniz. Bununla da da bu prosesdəki 2-ci mərhələ də uğursuzluqla sona yetdi. 

SSRİ rəhbərliyinin 1964-cü ildə dəyişməsindən sonra Brejnevin hakimiyyəti illərində saxta “soyqırımı qurbanlarına” abidəsinin qoyulmasını   dünya türklərinə qarşı bir cihad kimi dəyərləndirən tarixçi alim  Amerikadakı erməni lobbilərinin və türklərə qarşı nifrət əhval-ruhiyyəsində olan xristian dünyasının erməniləri dəstəkləməyə başlamasının Türkiyəyə qarşı yeni ittihamların səslənməsinin başlanğıcı olduğunu vurğuladı. 

F.İbrahimli onu da qeyd etdi ki, “böyük ərazi iddialarından əl çəkməyərək bundan yüksək gəlir əldə etməyə çalışan mənfurlar dünyada da özlərini yazıq, “soyqırımı”na məruz qalmış xalq kimi təqdim etməkdə hələ də davam edirlər.  Bütün bu proseslərə cavab 20-ci illərdə İtaliyanın baş nazirinin yazmış olduğu  kitabda belə bir fikir var: “Türkiyə məğlub olduğu üçün hər kəs onun üstünə düşdü və onları vəhşi bir xalq kimi təqdim etməyə başladılar. Avropa dövlətlərinin əlində ermənilərin uydurduğu “genosid ifadəsi” meydana gəldi. Avropa dövlətləri nə vaxt Türkiyəyə nəyisə vermək istəməyəndə həmin “genosid” yada düşür, nəyisə Türkiyədən almaq istəyəndə də həmin “genosid”  yada düşür.” Mənə elə gəlir ki, bu formula hadisənin əsl cavabıdır. Bu gün Türkiyənin imicini dünya ictimaiyyətinin gözündən salmaq istəyənlərin arzusu gözündə, istəkləri qəlblərində qalıb. Dövlət çevrilişinə cəhd, PKK təcavüzü, Türkiyəyə qarşı olan sanksiyalar, qonşu Rusiya ilə münasibətlərinin korlanmasına cəhd və s. bu istəklər arasında yer alır. “Türkiyənin ayaq üstə olmağı Azərbaycan üçün də ayaq üstə olmaq deməkdir” deyən tarixçi-alim,  “Bir millət, iki dövlət” prinsipini bir daha xatırladaraq iki qardaş dövlət arasındakı nümunəvi münasibəti dilə gətirdi. “Atatürkün ifadəsi ilə desək, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. İki qardaş dövlət arasındakı bu münasibətlər yüksək səviyyədədir və Azərbaycan regionun qüdrətli dövlətidir, Türkiyə dünyanın qüdrətli dövlətidir. Bu iki qüdrətli dövlətin əl-ələ verməsi bütün şər, böhtan və s. kimi əməllərin qarşısında məğrur durmağa imkan və rəvac verir.”

Nilufər Mustafaqızı, “İki sahil”