29 avqust 2019 15:29
201

Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib -  VİDEO - FOTO

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.