20 may 2019 16:32
313

Tünzalə məclislərdə həmkarları ilə niyə görüşmür?

Müğənnilər Kərim Abasov və Ceyhun Qala əməkdar artist Tünzalə Ağayevanın onlara soyuq münasibət göstərdiyini demişdilər.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, ifaçılar bildirib ki, Ağayeva məclislərdə onlarla görüşmür.

Sənətçi "ATV maqazin onlarla" proqramında həmkarlarının iradına cavab verib:

"Müğənniyə görə münasibətim dəyişir. Uzaqdadırsa, ya mən onun tərəfinə getməliyəm, ya da o mənim. Əgər ikimiz də gələ bilmiriksə, uzaqdan salamlaşmaqla yetinməliyik. Getdiyim tədbirlərdə müğənnilərin sayı maksimum 3-4 olur. Röya, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Flora Kərimova, Eyyub Yaqubovla məclislərdə görüşürəm".