02 iyun 2020 11:43
294

Tramp: İğtişaşlar daxili terror aktlarıdır

ABŞ-dakı iğtişaşlar dinc nümayişlər deyil, daxili terror aktlarıdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp son bir neçə gün ərzində ölkədə baş verən kütləvi etirazlar və iğtişaşlarla əlaqədar deyib.

"Linkoln və İkinci Dünya Müharibəsi Memorialına vandalların hücumuna məruz qalıb. Bunlar dinc etiraz deyil, daxili terror aktlarıdır", - ABŞ prezidenti bildirib.

D.Tramp ABŞ federal hökumətinin son günlər iğtişaşların baş verdiyi bölgələrdə qanun və qaydanı bərpa etmək üçün milli silahlı qüvvələrdən istifadə etməyə hazır olduğunu söyləyib.

Onun sözlərinə görə, ABŞ federal hökuməti ölkədəki böyük iğtişaşlara son qoymaq üçün bütün mülki və hərbi ehtiyatlarını səfərbər etmək niyyətindədir.