15 mart 2019 18:14
86

TPL-də 2 oyuna 4 qol vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

"Report" xəbər verir ki, eyni saatda iki oyun başlayıb. "Sabah" "Sumqayıt"ı, "Zirə" isə "Keşlə"ni qəbul edib.

Masazırda baş tutan matçda qalib müəyyənləşməyib - 1:1. Meydan sahiblərinin heyətində 28-ci dəqiqədə Marko Deviç ikinci sarı vərəqədən sonra meydanda qovulub. Bundan 3 dəqiqədə sonra isə "Sabah"ın heyətində kapitan Cavid İmamverdiyev penaltidən yararlana bilməyib. Onun zərbəsi qapı dirəyinə tuş gəlib.

Görüşün 40-cı dəqiqəsində Elvin Məmmədovun sumqayıtlıları önə çıxarıb. 77-ci dəqiqədə Rəşad Eyubov hesabı bərabərləşdirib.

"Zirə" isə "Keşlə"ni məğlub edib - 2:0. Meydan sahiblərinin heyətində Xulio Sezar Rodriqez 53-cü dəqiqədə penaltidən yararlana bilməyib. Buna baxmayaraq, hücumçu 68 və 79-cu dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb..

Bu nəticələrdən sonra xalını 22-ə çatdıran "Zirə" "Sabah"la 5 və 6-cı pillələri bölüşür. Yeddinci pillədəki "Keşlə"nin 19, sonuncu yerdəki "Sumqayıt"ın isə 17 xalı var.

Qeyd edək ki, tura saat 16:45-də start götürən "Səbail" - "Qarabağ" və 19:00-da başlayacaq "Neftçi" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.