19 mart 2020 14:09
2627

Toyu təxirə saldı - koronavirusa görə - FOTO

Amerikalı aktrisa Emma Stoun koronavirus epidemiyasına görə toyunu təxirə salmalı olub.

"İki sahil" xəbər verir ki, 31 yaşlı Hollivud ulduzunun prodüser və rejissor Deyv Makkeri ilə toyu ötən bazar gününə təyin olunubmuş. Ancaq şəhərdə tətbiq olunan karantin rejiminə və yeni yoluxma hallarına görə sevgililər mərasimi başqa vaxta keçirmək qərarına gəliblər.

Nikah gününün yeni tarixi hələlik təyin olunmayıb.