17 iyul 2020 16:20
1127

Tovuz istiqamətində son vəziyyət açıqlandı

“İyulun 17-nə keçən gecədən hal-hazıra kimi Ermənistan-Azərbaycan sərhəddinin Tovuz ərazisində gərginlik əvvəlki günlərə baxdıqda nisbətən sakitləşib”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib

Nazirlik rəsmisi bildirib ki, ancaq gərginlik yenə də qalır: “Bizim dövlət sərhəddi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlardan və digər atıcı silahlardan istifadə olunur. İriçaplı silahlardan istifadə olunmur. Əvvəlki günlərdə olduğu kimi minaatanlardan və digər artileriya qurğularından istifadə olunmur. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.