24 aprel 2019 18:46
154

“Tottenhem” Kristian Eriksenə yeni müqavilə təqdim edəcək

İngiltərənin “Tottenhem” futbol klubu yarımmüdafiəçi Kristian Eriksenə yeni müqavilə təqdim edəcək.

AZƏRTAC İngiltərə mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı danimarkalı yarımmüdafiəçi ilə artıq danışıqlara başlanıb. Klubun baş məşqçisi Maurisio Poçettino açıqlamasında mövsümün sonuna yaxın olduğuna görə müqavilənin vacib olduğunu bildirib. O, Erkisenin yeni müqaviləyə razılaşacağına ümid edir.

Yarımmüdafiəçi ilə “Real Madrid” yaxından maraqlanır.

Qeyd edək ki, danimarkalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2020-ci il yayında başa çatır. O, cari mövsümdə “Tottenhem”də keçirdiyi 44 oyunda 8 qol vurub və 17 məhsuldar ötürmə edib.