05 avqust 2020 19:38
862

“TikTok”a rəqib video xidməti yaradıldı

“Facebook” şirkəti "İnstagram"da məşhur Çin tətbiqi "TikTok" ilə birbaşa rəqabət apara biləcək qısa video xidməti işə saldığını elan edib.

Xidmət "Instagram Reels" adlandırılıb və qısa əyləncə videolarını yaratmağın yeni bir yolu kimi reklam olunur.

“Videonu ictimai hesabda yerləşdirməklə qlobal səhnədə auditoriyaya çıxmaq olar", - məlumatda deyilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çin şirkətinə məxsus olduğuna görə "TikTok"u qadağan edə biləcəyini deyib. O bildirib ki, bu vasitə ilə istifadəçi məlumatları Çinin müvafiq orqanlarına ötürülə bilər.

"TikTok" isə istifadəçi məlumatlarını Çin hakimiyyətinə ötürmədiyini və bunu etməyi planlaşdırmadığını bəyan edib.

"Microsoft" şirkəti Trampla məsləhətləşdikdən sonra tətbiqin alınması üçün danışıqları davam etdirəcəyini açıqlayıb.