Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 18:01
510

Terror “erməni xəstəliyi”nin təzahürüdür

Ona görə də dünya birliyi “terrorçunun milliyyəti, dini olmur” həqiqətindən çıxış edərək Azərbaycana erməni terrorizminə qarşı mübarizədə dəstək olmalıdır

Azərbaycan Ordusuna  cəbhəboyu hərbi əməliyyatlarda məğlub olan düşmənin silahlı bölmələri  “erməni xəstəliyi”nə xas  olan  fitnəkarlıqla  dinc əhaliyə qarşı müharibə cinayətləri  törətməkdə  davam  edirlər.

Bu günlərdə erməni jurnalisti  Yeva Abramyan Gəncəyə raket atılarkən uşaqların, qadınların da qətlə yetirilməsindən ruhlanaraq,  muzdlu cinayətkarlardan və terrorçulardan  təşkil  olunmuş  erməni ordusuna çağırış edib ki, Azərbaycanın dinc əhalisini daha artıq qətlə yetirmək, onlara daha artıq raketlər atmaq lazımdır.  Fəqət, bu xəbəri  tirajlayan  Ermənistan mətbuatı fərqinə varmır ki, nasizmdən də qat-qat təhlükəli  olan “erməni xəstəliyi”nin  “simptomları” təkcə  Azərbaycanın dinc əhalisinin faciəsinə səbəb olmur, həm də  bir millət olaraq erməniləri  bədbəxt  hala salıb.  Şübhəsiz ki,  belə  “yırtıcı çağırışı”  irsi  xəstəliyə mübtəla olmuş  erməni  deyə bilər. Elə Yeva Abramyanın  mənəvi anası Silva Kaputikyan da ötən əsrin 80-ci illərinin sonunda - Qarabağ hadisələrinin qızğın çağlarında İrəvanın Teatr meydanında ağzı köpüklənə-köpüklənə öz həmtayfalarına  belə hissləri aşılayırdı: “Lazım gəlsə, Qarabağ üçün hamımız öləcəyik.”

İş o yerə çatmışdı ki, dünya ermənilərinin katolikosu Vazgen də  həmin meydanda deyirdi ki, üç milyon ermənini qurban verməyə hazırıq, təki Qarabağ Ermənistana verilsin. Uzun illər boyu yeritdikləri antitürk siyasəti, törətdikləri vəhşiliklər,  uydurduqları  yalanlar genetik  “erməni xəstəliyi” adlanır.  Bu  barədə yazılı məlumatlar çoxdur. Məsələn,  Moskvada  ötən əsrin ortalarında  çap olunmuş Böyük Sovet Ensiklopediyasını tərtib edən alimlər bu mövzuya ayrıca məqalə həsr etmiş və adını “Erməni xəstəliyi” qoymuşlar. Bundan başqa, sözügedən xəstəliyə aid 1982-ci ildə nəşr olunmuş Böyük Tibb Ensiklopediyasında  məqalə dərc edilmişdir.  Qeyd  olunur ki, bu  xəstəliyə yalnız ermənilərdə və ya erməni genlərinə malik olan insanlarda “periodik” (vaxtaşırı) təsadüf olunur. Sindromları tropik qızdırmanı xatırladan, ümumi süstləşməyə, qarın və baş ağrılarına səbəb olan xəstəlik 1930-cu ildən etibarən tibbi ədəbiyyatlara “Maladie Armenienne” (fransızcadan tərcümədə “erməni xəstəliyi”) adı ilə daxil olmuşdur. Uzun illər bu problemi araşdıran ABŞ gen mühəndisi, doktor Deniel Kasterin fikrincə, bir neçə min il bundan qabaq Afrikanın şimalında, daha dəqiq desək, indiki İraqın və Efiopiyanın ərazilərində analoji genin daşıyıcıları olmuşdur və bu xəstəlik onlardan yayılmışdır. Bu  fakt  elmdə ermənilərin Şimali Afrikadan gəlmə olduqları iddialarını da gündəmə gətirmişdir.

Ermənilərin özlərinin qədimlikləri haqqında uydurduqları saysız-hesabsız əfsanələr var.  Bu  uydurmalardan biri də Nuh peyğəmbərin guya erməni olması haqqındadır.  Bu barədə gürcü alimi Quram Marxuliya Tbilisidə nəşr olunan “Ermənilər Ermənistan axtarışında” adlı kitabında “Ermənistanın paytaxtı, Azərbaycan şəhəri İrəvan” başlıqlı yazısında  ətraflı bəhs  olunur.

Ermənilər özlərini uydurma əfsanələrə o qədər inandırıblar ki, bu da onlarda  guya dünyada “ən qədim, ali  xalq” olmaları fikrini yaradır. Başqa xalqlara, xüsusən,  türklərə düşmən münasibət, nasizmdən də qat-qat güclü  olan “erməni xəstəliyi”  bu gün  Nikol Paşinyanın gülünc, sərsəm bəyanatlarında  da özünü büruzə verir.

Çox təəssüflər ki,  ikili siyasi standartlar dünyasında çoxlu ədalətsizliklərin  şahidi  oluruq.  Ermənilərin zor gücünə Azərbaycanın  qədim torpaqlarında ikinci  dövlət yaratmaq istəyini,  işğalçılıq siyasətini kəskin şəkildə qınamaq  əvəzinə  BMT başda olmaqla digər beynəlxalq təşkilatların, eləcə də ATƏT-in  Minsk qrupunda təmsil olunan ABŞ, Fransa, Rusiya  üçlüyünün “qətiyyətsizliyi”  işğalçı Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” arzusuna “qol-qanad” verdi.  Ön  cəbhədə dəfələrlə   məğlubiyyətin acısını dadan Ermənistanın Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının, bir sözlə, “erməni xəstəliyi”nin  növbəti bariz göstəricisi oldu. 

Dünyanın aparıcı dövlətləri  bilməlidirlər ki,   bu gün  Azərbaycan   xalqına yönəlmiş   “erməni xəstəliyi”nin təzahürü olan terror aktları sabah  beynəlxalq təhlükəsizliyə,  bəşəriyyətin gələcəyi üçün təhdid  deməkdir. Çünki  qədim Azərbaycan torpaqlarında hiylə  yolu ilə dövlət  quran Ermənistanın  bu gün  çevrəsində  olan 4 qonşu  ölkənin üçünə qarşı ərazi iddiaları var.  Dünyada  ikinci  belə xəstə təfəkkürlü  millətə rast gəlmək mümkün deyil.   “Erməni xəstəliyi”nə yoluxmuş  balayanlar,  sarkisyanlar,  koçaryanlar,  paşinyanlar Azərbaycan xalqının  işğal altındakı  torpaqlarının azadlığı uğrunda haqlı davada  qazandığı uğurları həzm edə bilmirlər.  Bu ədalətli Vətən  müharibəsində ən müasir silahlardan  istifadə   edən  şanlı  Azərbaycan  Ordusuna   paxıllıq hissi  Ermənistanı  içindən yeyib-gəmirəcək... 

Xalqımız  Milli  Ordumuza güvənir,  hər  gün ekran qarşısında   oturub  Ali  Baş Komandanın  verəcəyi yeni qələbə müjdəsini  gözləyir.  İgid əsgərlərimiz,   səriştəli  zabitlərimiz  illərlə  sağalması müşkül olan “erməni xəstəliyi”nin Azərbaycan xalqına qarşı törətdiyi bütün hərbi cinayətlərin qisasını tezliklə  alacaqdır!  

Nurəddin Muğanlı, “İki sahil”