12 aprel 2019 10:39
198

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində qanvermə aksiyası

Aprelin 11-də SOCAR-ın  Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində qanvermə aksiyası keçirilib.

İdarənin Kadr hazırlığının təşkili mərkəzində keçirilmiş xeyriyyə aksiyasında TTSİ-nin kollektivi fəallıq göstərib.

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də digər xəstələrə yardım məqsədi daşıyır.

İnstitutun xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.