22 mart 2019 17:21
222

Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində seminar keçirəcək

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu prosesi ilə əlaqədar Gəncə Dövlət Universitetində seminar keçirəcək

Martın 28-də Təhsil Nazirliyi İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələr üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçiriləcək.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir.

Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılacaq, təqdimat nümayiş ediləcək və tələbələrin sualları cavablandırılacaq.