15 avqust 2020 11:44
428

Təhsil müəssisələrinin açılması ilə bağlı qərarlar qəbul olunarkən onların...

Təhsil müəssisələrinin müxtəlif təsnifatı var – məktəbəqədər, orta, ali və peşə təhsili. Təhsil müəssələrinin açılması ilə bağlı qərarlar qəbul olunarkən müəssisələrin xüsusiyyətləri də nəzərə alınacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi ictimai forum yaradılıb. Bu forum vasitəsilə şagirdlərin, valideynlərin, təhsil ekspertlərinin fikirləri də öyrənilir. Təhsil müəssisələrini açılması ilə bağlı müzakirələrdə bu fikirlər də nəzərə alınacaq.