01 iyun 2020 10:39
677

 Təhlükəli yerləri gəzməyə ne deyirsiniz?

Yer kürəsi qeyri-adi, eyni zamanda təhlükəli yerlərlə zəngindir.   Təhlükəli və eyni zamanda, insanın diqqətini çəkən yerlərə səyahət etməmişdən öncə məlumatı sizə təqdim edirik:

Şərq stansiyası

Dünyanın ən soyuq yerlərindən biri Antarktidada yerləşən Şərq stansiyası hesab olunur. Bu, Sovet İttifaqında Yer kürəsini müşahidə etmək üçün yaradılan bir stansiyadır. 21 iyul 1983-cü ildə burada mənfi 89 dərəcə temperatur qeydə alınmışdır və bu Dünya Metereoloji Təşkilatı tərəfindən qeydə alınan ən aşağı temperaturdur.

Səmaya aparan qatar – Argentina (Tren a las Nubes)

Tren a las Nubes “səmaya aparan qatar” kimi tərcümə olunan 217 km-lik bu dəmir yolu 21 tunel, 42 körpü, 2 spiral və 2 ziqzaq yoldan ibarətdir. Dünyanın ən təhlükəli dəmir yolunda qatar bəzən o qədər yüksəkliyə qalxır ki, sərnişinlər özlərini sanki buludların arasında hiss edirlər.

Aomori şəhəri - Yaponiya

Aomori şəhəri Yaponiyanın ən qarlı bölgəsidir. İl ərzində bura təxminən 792 santimetr qar yağır. İntensiv qarın düşməsi təxminən noyabr-aprel aylarına təsadüf edir. Bura axın edən turistlər özlərini, sanki sehrli buzlaqlar arasında hiss edirlər. Bəzən Aomori şəhərinə o gedər çox qar yağır ki, bura ucu-bucağı olmayan qarlı bir səhraya bənzəyir. Çox maraqlıdır ki, bu qədər yağıntılara baxmayaraq həyat burada iflic olmur. Aomoridə 300 min insan yaşayır və onlar bu sərt iqlimə mükəmməl bir şəkildə dözürlər.

Mavsinram kəndi - Hindistan

Hindistanda yerləşən Mavsinram kəndi yer kürəsinin ən isti nöqtəsi hesab edilir . Daha dəqiq desək , Meghalaya əyalətinin, Xasi dağlarında  1430 metr yüksəklikdə, şəlalələrlə əhatə olunmuş bir vadidə yerləşən bu kənd, sanki il boyu suyun içində qalmış olur. Müşahidəçilərin sözlərinə görə, dayanmadan yağan yağışların nəticəsində burada yaşayan insanların həyatı dözülməz bir işgəncəyə dönür.

Omyakon kəndi - Yakutiya

Rusiya ərazisində yerləşən Yakutiya şəhərinin Omyakon kəndi dünyanın ən soyuq yeri sayılır və bu yaşayış məntəqəsində temperatur -71.2 selsi dərəcəyə düşür. Heç bir turist bura gəlmək arzusunda deyil.

Passage Du Gois-Fransa

Körfəz üzərində yerləşən bu yol gün ərzində 2 dəfə su çəkildiyi zaman aktiv olur. Günün qalan hissəsində isə bu yol 4 metr su altında itir.

Danakil səhrası

Danakil səhrası Efiopada yerləşir. Danakil səhrasını hətta “Yer kürəsinin cəhənnəmi” adlandırırlar. Qorxunc səhranın torpağı  duzla , kükürt  turşusu və yer qatına qalxan zəhərli qazlar ilə boldur. Səhranın qeyri-adi landşaftında sarı və narıncı rənglər üstünlük təşkil edir. Müşahidələrə görə, burada ekstrimal istilər qeyd olunub (təxminən 50 dərəcəyə qədər). Danakil səhrasının xarici görünüşü insana sanki başqa bir planetdə olduğunu hiss etdirir. Oksigen azlığı və zəhərli qazlar ucbatından bu səhrada praktik olaraq həyat yoxdur. Tektonik piltələrin burada yerləşməsi nəticəsində qorxunc yerdə zəlzələlər tez-tez baş verir.

Ölüm yolu vadisi

Ölüm yolu vadisi ABŞ-ın Kaliforniya ştatının ən isti yerlərindən biri kimi  tanınır. Təhlükəli yol Boliviyada yerləşir və onun uzunluğu 70 kilometr, eni isə 3.2 metrdir. Ölüm yolu kimi tanınan bu vadi təhlükə səviyyəsinə görə dünyada 3-cü yer tutub. Bu yol paytaxt olan La-Pas və Koroyko şəhərlərini birləşdirən yeganə yoldur. 2013-cü ilin iyun ayının 30-da burada 54 dərəcə isti qeyda alınıb. Çox maraqlı faktlardan da biri odur ki, noyabr ayından başlayaraq marta qədər burada tropik yağışlar yağır və duman yolu tamamilə bağlayaraq, keçən avtomobil və yük maşınlarının hərəkətinı iflic edir. Hər il burada 150-200 insan həlak olur. Lakin bu təhlükəyə baxmayaraq, “Ölüm yolu” bir çox turistlərin marağına səbəb olur. Turistlərin sözlərinə görə, burada temperatur o qədər yüksəkdir ki , hətta yerə atılan yumurta anında hazır olur. Adrenalin həvəskarları buraya gələrək velosiped sürürlər. Hətta 1998-ci ildə qorxu saçan bu yol 18 velosipedçinin həyatını son qoyub.

Samirə Tağıyeva,

“İki sahil”