12 mart 2020 20:31
1300

Təhlükəli hava limanları

Dünyada bir çox hava limanları var. Ancaq bu hava limanlarının arasında həm görüntüləri həm də şərtləriylə maraqlı olmağı bacaranalar var. Bu ssiyahıdakı hava limanlarının bəziləri isə coğrafi səbəblərin nəticəsi olaraq pilot və sərnişinlərin qorxulu yuxusudur.

Maderia

Portuqaliyadakı Maderia hava limanındakı uçuş-enmə zolağının qısa olması səbəbi ilə 1977-ci ildə yaşanan qəzə nəticəsində 131 nəfər hayatını itirdi. Bu qəza nəticəsində uçuş-enmə zolağına bir neçə sütun daha əlavə olundu. Avropanın ən çətin hava limanı olaraq məşhur olan Maderia hava limanına eniş edən pilotların, dağ sırası və okean arasında qalan xətti izləmələri lazım olur. Həmçinin pilotların pistə eniş etdikləri zaman küləyin təsiri ilə Atlantikə düşməməkləri üçün son anda sağa dönmələri lazımdır.

Juancho E. Yrausquin

Kariblərdə yerləşən 13 km kvadrat sahəyə malik Saba adasının tək hava limanı olan adanın böyük bir hissəsini tutur.

İki ucunda dəniz olan dünyanın ən qısa pistinə sahib olan hava limanında sadəcə çətin şərtlərdə uçuş edə bilən pilotlar işləyə bilər. Hətta pilotlar buranı ölüm pisti olaraq adlandırırlar.

Kansai

Yaponiyanın Osaka Körfəzində yerləşən 4 km uzunluğunda və 2,5 km enliyə sahib olan Kansai hava limanı  10 min işçi və 80 gəmi ilə 3 fərqli təpədən 21 milyon ton torpaq istifadə olunaraq süni bir ada üzərində quruldu.

Yaponiyada hava limanı inşa olunacaq torpaq parçası olmadığından, Osokaya yaxın ola biləcək bir nöqtədə inşa edilən Kansai hava limanı, bir memarlıq və mühəndislik əsəri olaraq qəbul edilir.

1100 hektar üzərində tikilən bu ərazi əvvəlcə qorxu yaratsa da heç zərər almadan Kobe zəlzələsi və saysız böyük tufandan sonra insanların güvənini qazanmağa başladı.

Hava limanına çox yaxın bir məsafədə olan zəlzələdə sadəcə bir neçə şüşənin qırıldığı ərazi Yaponiyada iqtisadi böhran zamanı inşa edildiyindən xalqın narazılığına məruz qalmışdı.

Parisin Eyfeli kimi inşa müddətində xalqın narazılığıyla qarşılaşan Kansai hava limanı indi uzaq şərqin ən sıx hava limanıdır.

Cəbəllü tariq

1939-cu ildə inşa edilən Cəbəlli tariq hava limanı Birləşmiş krallıq və Cəbəlli tariq boğazında yerləşir.

Şəhərə sadəcə 500 metr məsafədə olan hava limanının pisti ilə şəhərin əsas küçəsi kəsişmiş vəziyyətdədir. Bu səbəbdən eniş və qalxış zamanı maşınlar üçün qırmızı işıq yanır. Gündə təxminən 7 təyyarənin enib qalxdığı hava limanından keçən quru yolu gündə 2 saata yaxın bir müddətə bağlanır.

Tenzing-Hillary

Nepalın Lukla kəndinin 2 min 900 metr hündürlüyündə Tenzing-Hillary havalimanı yerləşir. Zolağın bir tərəfində dağ, digər tərəfində isə uçurum var. Everestə çıxmaq istəyən alpinistlər buraya eniş edir.

Princess Juliana

Saint Martin Adasının Hollandiyaya bağlı olan bölgəsində xidmət göstərən Princess Juliana hava limanı şəhərin çimərliyinə çox yaxın məsafədə olduğudan sahildə günəşlənən insanların bir neçə metr üstündən keçir.

Xüsusi sertifikatlı pilotların uçuş edə bildiyi bu ərazidə pist çox qısa olduğundan (2180 km) təkərlərin ən qısa şəkildə yerə dəyməsi lazımdır. Bu səbəbdən çimərlikdən etibarən alçaq uçuşa keçilir.

Kariblərin ən sıx hava limanlarından biri olan Princess Juliana Hava limanında bu vaxta qədər heç bir qəza olmayıb.

Berra Hava limanı

Şotlandiyanın Barra hava limanına eniş etmək istiyən pilotlar get-gəl vaxtını kontrol etmək məcburiyyətindədilər.

Pist tamamilə sahildən ibarətdir, sular yüksəldiyi vaxt zolaq görünmür.

Sao Paulo Congonhas Hava limanı

Braziliyanın Sao Paulo hava limanı Pilotlar, Congonhasın şəhər mərkəzində olan bu hava limanından şikayətçidir. Çünki səsli mühit enişi çətinləşdirir.

Röya Rasimqızı, “İki sahil”