22 may 2020 18:00
670

TƏBİB sədri: İki-dördgünlük qadağa ilə bağlı qaydalar hazırlanıb

“Həftəsonları və bayram günlərində iki-dördgünlük qadağa ilə bağlı qaydalar hazırlanıb”.

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirusla əlaqəli göstəricilər nəzərə alınmaqla buna gedilmədi: “Əgər vəziyyət dəyişərsə, önümüzdəki həftə ərzində yenidən müzakirə oluna bilər”.