05 iyun 2020 12:05
359

TƏBİB: Alış-verişə ailənizdən bir nəfər göndərin

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb. “İki sahil” xəbər verir ki, məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruiliyi qeyd olunub:

- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.

- Alış-verişə ailənizdən bir nəfər göndərin.

-Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin. 

-Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

-Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

-Digərləri ilə fiziki məsafə saxlayın.

-Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

-Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

-Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.