Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 sentyabr 2020 22:14
458

Tarixdə iz qoyan dəhşətli gəmi qəzaları

"Titanik" (1912)

 Tarixdə ən çox tanınan və bir çox romana və filmə mövzu olan gəmi qəzası 15 Aprel 1912-ci ildə Atlantik Okeanının şimalında baş verdi. Əsla batmayacağı düşünülən lüks sərnişin gəmisi "Titanik", ilk səfərində 2223 sərnişin və heyətlə İngiltərənin Southampton şəhərindən Nyu-Yorka gedirdi. Gəmi 15 apreldə birdən ortaya çıxan bir aysberqlə toqquşur və okeanın qaranlıq sularında batır. Qəzada 1514 adam həyatını itirdi. Bir neçə saat sonra qəza yerinə çatan " Carpathia" gəmisi cəmi 710 adamı xilas edə bilir.

"Dona Paz" (1987)

Dənizdə baş vermiş  ən böyük qəzalardan biri "Dona Paz" gəmisinin batmasi idi. Bu hadisə  20 dekabr 1987-ci ildə Filippində baş verdi. Təxminən 4 min 500 adamla Leyte adasından Filippinin paytaxtı Manilaya gedən" Dona Paz" gəmisi Tablas boğazı yaxınlığında 8 min 800 barrel benzin daşıyan neft tankeri "MT Vector" ilə toqquşdu. Toqquşmadan dərhal sonra çıxan yanğın, gəmiyə yayıldı. Tankerdən tökülən benzin, gəmilərin ətrafını da bir alov dənizi ilə dövrəyə aldı. Nəhəng gəminin  sərnişinlərindən sadəcə 24-ü xilas olmağı bacardı. Təxmini ölüm sayı 4375 olaraq açıqlandı. "Vektor"-un 13 nəfərlik heyətindən isə yalnız 2 insan həyatda qala bildi.

"Lusitania" (1915)

I Dünya müharibəsi ərəfəsində Nyu Yorkdan İngiltərənin Liverpul şəhərinə gedən İngilis sərnişin gəmisi  "Lusitania" 7 may 1915-ci ildə İrlandiya sahillərində alman sualtı qayığının atdığı bir torpeda tərəfindən vuruldu. Dövrün ən böyük gəmisi olaraq məşhurlaşan " Lusitania" vurulduqdan sonra 18 dəqiqə ərzində batdı. Gəmidə olan 1959 adamdan yalnız 761 adam xilas ola bildi.  Bütün dünyanın diqqətini özünə çəkən bu  qəza ABŞ-ın döyüşə daxil olmasının ən böyük səbəblərindən biri oldu.

"Lancastria" (1940)

II Dünya müharibəsi ərəfəsində İngiltərə hökumətinin Fransadakı vətəndaşlarının azad buraxılması üçün göndərdiyi "Lancastria" gəmisi  17 Noyabr 1940-cı ildə alman döyüş təyyarələrinin hücumuna uğradı. Fransanın "St.Nazair" liman şəhəri sahillərində 20 dəqiqə ərzində batan gəmidə 4 mindən çox insan həyatını itirdi. Gəmidən sızan 1400 ton yanacaq, gəminin ətrafını alovlandırdı və həyatlarını xilas etmək üçün  suya atılanlar  yanaraq həlak oldü.Dəhşətli qəza zamanı  köməyə gələn digər gəmilər 2 min 500 adamı xilas edə bildi.

"Wilhelm Gustloff" (1945)

Dünya tarixində ən çox can itkisinə səbəb olan dəniz qəzası, 30 Yanvar 1945-ci ildə baş verdi. Şərqi Prussiyanın Gotenhafen limanından yola çıxan Alman sərnişin gəmisi "Wilhelm Gustloff" II Dünya Müharibəsinin sonunda Almaniyadan Sovetlər Birliyinə keçən Şərqi Prussiyadan qaçan minlərlə adamı daşıyırdı. Rəsmi qeydlərdə gəmidəki sərnişin sayı 6 min 50 olaraq göstərilməsinə baxmayaraq qəza zamanı gəmidə 9 mindən çox adamın olduğu düşünülür. Sovetlər Birliyinə aid S-13 sualtı tərəfindən atılan üç torpedanın dəydiyi gəmi  yalnız 50 dəqiqə ərzində Baltik dənizinin qaranlıq və buz kimi sularında batır. 903 adamın xilas olmağı bacardığı qəzada rəsmi ölü sayı 5 min 348  insan oldu. Ancaq  bu dəhşətli qəzada təxminən 8 min insanın həlak olduğu düşünülür.

"Üsküdar" faciəsi (1958)

Ən böyük dəniz qəzalarından biri İzmit Körfəzində baş verdi. İzmit ilə Dəyirməndərə arasında səfər edən"Üsküdar" gəmisi, şiddətli küləyin yaratdığı qasırğa  nəticəsində 1 mart 1958-ci ildə batır. 272 adamın həyatını itirdiyi qəzadan sadəcə 39 adamın həyatını xilas etmək mümkün oldu.

"Princess of the Stars" (2008)

Filippinə aid olan "Princess of the Stars" adlı bərə, 21 İyun 2008-ci ildə San Fernando sahillərində Fengşen Tayfununa tutularaq məhv oldu. Gəmidə olan 747 nəfərdən yalnız 57-si xilas oldu.

Samirə Tağıyeva,

"İki sahil"