20 may 2019 14:27
347

Tanınmış aktrisa çılpaq görüntüləri ilə şantaj olunur

Türkiyəli aktrisa Merve Boluğur şantaj olunur.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, telefonuna mesaj yazan şəxs onda aktrisaya aid çılpaq görüntülərin olduğunu deyib. 

O, foto və videoların silinməyi qarşılığında aktrisadan pul istəyib. M.Boluğur polisə müraciət edərək həmin şəxsdən şikayətçi olub. 

Araşdırma zamanı məlum olub ki, mesaj yollanan nömrə xaricdə qeydiyyatdan keçirilib. Sözügedən şəxsin axtarışı davam etdirilir.