Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 oktyabr 2020 17:38
716

TANAP sayəsində dünyanın enerji xəritəsi dəyişdi

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

2008-ci ildə “Petkim”in alınması ilə şirkətin Türkiyə hekayəsinin başladığını söyləyən Z.Qəhrəmanov bildirib: “Hər il 100 milyon dollar sərmayə yatırdıq, var gücümüzlə çalışdıq. Neftayırma müəssisəsinin potensialı üzərində iş apardıq. Bu da Türkiyə üçün böyük bir tranformasiya oldu. Türkiyə hökuməti bizim tərəfimizdə idi və dəstək oldu. Təbii qazla bağlı çox iş gördük. 2016-cı ildə enerji siyasətini elan edərkən komandamızın buna nail olacağını söyləmişdim və işin öhdəsindən gələ bildik. TANAP sayəsində dünyanın enerji xəritəsi dəyişdi. İndi təbii qaz Türkiyədən keçərək İtaliyaya çatır. Azərbaycan da rəqabətdən qorxmur. Türkiyəyə sərmayə qoymağa davam edəcəyik. Türkiyə doğru infrastruktura sahib bir ölkədir və gələcəyə ümidlə baxırıq”.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. “SOCAR Turkey” TANAP-ın səhmlərinin 7 faizinə sahibdir.