26 aprel 2019 09:48
157

Sumqayıtda evlər yanıb

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin yanar konstruksiyaları 250 m² sahədə yanıb.

“İki sahil” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.