10 oktyabr 2019 12:11
203

STAR məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə ixrac edir

İlk satışını 2019-cu ilin yanvarinda "Petkim"ə nafta tədarük etməklə həyata keçirən STAR NEZ 2019-cu ilin sentiyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb.

"İki sahil" xəbər verir ki, cari ilin əvvəlindən ümumilikdə 4.5 milyon ton məhsul istehsal edən STAR zavodu daxili bazar tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə də ixrac edir. STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır.
Qeyd edək ki, STAR zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"