KÖŞƏ

Sevinc Azadi

Sosial sifariş, yoxsa xaricdəki ağalarının tələbi?

31 oktyabr 2019 19:38
165

Əli Kərimli və onun əlaltıları qanunsuz kütləvi aksiyaya çağırışları ilə əslində ölkədə xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirmək kimi ekstremist bir yolu seçdiklərini təsdiq edirlər

Özünü müxalifət adlandıran, cəmiyyətdə dayağı olmayan qüvvələr növbəti “qrant mövsümü”ndə öz mitinqsayağı yığıncaqlarına start veriblər. Mitinq xəstəsi olan Əli Kərimli deyir ki, guya “sosial sifariş” olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər. Unudur ki, sosial sifariş çoxminlyonlu cəmiyyətin hər bir üzvünün tələbidir. Məsələ ondadır ki, cəmiyyətin kiçik bir qisminin arzu və istəkləri ümumilikdə sifariş deyil, müəyyən qüvvələrin maddi-siyasi maraqlarının ifadəsidir. Gülüncdür, 1-2 min nəfər insanın mintinq ehtirası hansı sosial sifariş ola bilər? Ancaq mitinqin həqiqətən sifariş olduğunu da gizlətmək olmaz, bu sifarişin mənbəyi isə Azərbaycan deyil, Qərbdəki anti-Azərbaycan qüvvələridir. Bunu Kərimlinin fikirləri də çılpaqlığı ilə ortaya qoyur. Onun “biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik” fikri də xaricdən idarə olunduqlarını, sifarişin də məhz xarici ağaların verdiyini təsdiqləyir.

Göründüyü kimi, mitinq və digər aksiyalar “Milli Şura”nın və Əli Kərimlinin qrant layihəsinin bir hissəsidir. Bu layihələrin məqsəd və məramı gizli deyil, Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini hədəf seçən və milli maraqların əleyhinə yönəlmiş planın və ssenarinin bir parçasıdır. Azərbaycanın dinamik inkişafı, dövlətçilik maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirməsi və milli məsələlərlə bağlı prinsipial mövqedən çıxış etməsi həm anti-Azərbaycan dairələr, həm də “mühacir” adı ilə xaricə sığınan antimilli ünsürlər tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə də həmin ünsürlər ermənipərəst mərkəzlərdən aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün anti-azərbaycançı çağırışlar səsləndirir, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın mənafeyinə zidd mövqe tuturlar. Buna misal kimi Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklərin, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimlinin oktyabrın 19-da keçirmək istədikləri qanunsuz aksiyanı göstərmək olar. AXCP rəhbərliyi və aksiyanın təşkilatçıları tərəfindən qanunla qadağan edilmiş yerdə planlı şəkildə təşkil olunmuş həmin mitinqlər zamanı polisin qanuni tələblərinə məhəl qoyulmamaqla hüquqazidd əməllərin davam etdirilməsi ətrafdakı insanların haqlı narazılığına gətirib çıxardı. Respublikada sabitliyin pozulması məqsədi güdən bu cür qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan digər şəxslər, habelə ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi və maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə noyabrın 2-də Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir. Görünür hələ də mitinq və küçə təfəkkürü ilə yaşayan, özünü müxalifət adlandıran bu qüvvələr 30 il əvvəlki ağıl və düşüncə, vərdişləri unuda bilmirlər.

Dünya inkişaf edir, demokratik seçki, siyasi mübarizə metodoligiyası təkmilləşir. Demokratik cəmiyyətin əsas atribituna çevrilən xalqın seçimi hakimiyyətin əsas təməli kimi daha da möhkəmlənir. Azərbaycanda xalq hakimiyyəti 26 il əvvəl qurulub. Mövcud iqtidar xalqın dəstəyini və etibarını qazanaraq xalqın müxtəlif təbəqələrinin təmsil olunduğu demokratik hakimiyyəti təmin edibdir. Azərbaycan hakimiyyəti bu gün xalqının mənafeyini, rəyini nəzərə alır. Azərbaycan müxalifəti isə milli maraqlardan, millilikdən tamamilə uzaqdır. Müxalifət öz məqsədlərinə nail olmaq, hakimiyyətə gəlmək üçün istənilən fikri işlədir, istədiyi qüvvələrlə əməkdaşlığa gedir. Müxalifət ölkənin və regionun reallığını nəzərə almadan, dünyada gedən proseslərin mahiyyətini anlamadan əsassız, populist, bəyanatlar verir. Mitinq və küçə yürüşləri demokratik mübarizənin, xalqın iradəsinin və sosial sifarişin ifadəsi deyil. Mitinq sifarişini verən xarici qüvvələr və bu sifarişin köləsinə çevrilən antimilli ünsürlər anlamırlar ki, Azərbaycan dövləti ilə xalqının monolitliyi, iqtidar və xalq birliyi bütün bu təxribatları iflasa uğradır. Azərbaycan cəmiyyəti radikal müxalifətin bu cür antimilli mövqeyini ikrah hissi ilə qarşılayır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...