25 fevral 2020 20:15
1148

Sosial şəbəkədən qorxan ölkələr

İnterneti yasaqlayan 12 ölkənin siyahısına nəzər yetirək: Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Tunis, Misir, İran, Suriya, Vyetnam, Kuba, Çin, Özbəkistan, Myanmar, Türkmənistan.

Banqladeş

Ölkənin qabaqda gedən partiyalarından olan Avami Ligi “Facebook”-u 30 may 2010-cu ildə yasaqladı. Səbəb olaraq dinsizliyi təşviq edən statusların, məzmunun yayılması idi. Sözügedən məzmunların aradan götürülməsindən sonra “Facebook” 2010-cu ilin 5 iyununda bərpa olundu.

Çin

2009-cu ildə ölkədə meydana gələn etiraz aksiyalarında xəbərləşmə vasitəsi kimi “Facebook”-dan istifadə edilməsi saytın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 30 avqust 2013-cü ildə Çində “Facebook” yasağı aradan qalxdı.

Misir

2010-cu ildə Misirdə baş verən hadisələrə paralel olaraq “Facebook”un fəaliyyəti dayandırıldı. Xarici ölkələrdən gələn təzyiq nəticəsində bu yasaq qısa müddət davam etdi. Ümumən isə 2010-2012-ci illərdə ölkədə müxtəlif səbəblərə görə “Facebook”-un fəaliyyəti 86 dəfə dayandırıldı.

Cənubi Koreya

“Facebook”, “Twitter” və “Youtube” başda olmaqla üzrə ölkədə rejimə qarşı olan hər cür internet bağlantısının faəliyyəti yasaqlanıb. Açılma ehtimal isə çox yüksək deyil.

Mautirius

5 fevral 2007-ci ildə baş nazirin adına hazırlanan saxta profil ucbatından ölkədə “Facebook” bağlantısı kəsilib. Səhifənin fəaliyyəti cəmi bir gün dayandırılıb, sonradan yenidən bərpa olunub.

İran

2009-cu il seçkilərindən sonra ölkədə müxalifətin silahlanmasından, inqilaba doğru getməsindən narahat olan Tehran hakimiyyəti “Facebook”u yasaqladı. Ardınca “Twitter” bağlantısı da qadağan edildi. 2013-cü ilin sentyabrında ölkədə hər iki saytın fəaliyyətinə icazə verildi.

Mərakeş

Mərakeş kralı 6-cı Məhəmməd “Facebook”da barəsində saxta səhifələrin açılması ucbatından bu saytı yasaqlayıb. Oxşar səbəblərlə 2009-2013-cü illər arasında “Facebook” tez-tez yasaqlandı, amma daim qadağa olmadı.

Suriya

Bu ölkədə isə “Facebook” ilk dəfə 2007-ci ildə qadağan edildi. Dövlətə yönəlmiş etiraz xarakterli statuslar, səhifələr ucbatından yasaqlanan “Facebook” qısa müddət sonra fəaliyyətini bərpa etdi.

Röya Rasimqızı, “İki sahil”