15 aprel 2019 17:24
92

Sosial müavinətlərin məbləği artırıldı -  FƏRMAN

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilib: 

1.1. 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin; 

1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: 

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat 

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat 

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 

1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: 

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat 

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat 

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 

1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: 

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat 

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat 

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 

1.5. 1.1.5-ci yarımbənddə “82” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin; 

1.6. 1.1.6-cı yarımbənddə “68” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilsin; 

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; 

1.8. 1.1.8-ci yarımbənddə “68” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin; 

1.9. 1.1.9-cu yarımbənddə “61” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin; 

1.10. 1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin; 

1.11. 1.2.2-ci yarımbənddə “109” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin; 

1.12. 1.2.3-cü yarımbənddə “146” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir. 

Dövlət başçısının digər sərəncamı ilə “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 708; 2013, № 12, maddə 1601; 2014, № 4, maddə 437; 2016, № 1, maddə 133; 2018, № 4, maddə 747) 1-ci hissəsində “121 (yüz iyirmi bir)” sözləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilib.