Son beş gündə regionlardan Bakıya avtobusla 12 min 640 sərnişin səfər edib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 13-nə qədər Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksindən, ümumilikdə, 72 min 922 sərnişin daşınıb.
Bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə olunub. Regionlardan paytaxta təkcə avqustun 12-də avtobusla 7990 sərnişin yola salınıb.