21 iyun 2019 14:54
940

Son 10 ildə əhalisi azalmış ölkələrin reytinqi açıqlanıb

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin ekspertləri tərəfindən “World Population Prospects 2019” adlı illik hesabat dərc olunub. Hesabat çərçivəsində dünya əhalisinin dəyişmə tendensiyaları təhlil olunub.

APA-nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, dünya əhalisinin artımı davam edir, lakin artım tempi əhəmiyyətli dərəcədə azalıb. Hazırda əhalinin artım templəri 1950-ci ildən etibarən minimaldır və bu da fertilliyin (nəsilvermə qabiliyyəti) kəskin azalması ilə bağlıdır.

Dünyada əhalinin artımı müşahidə olunmasına baxmayaraq, bir sıra ölkədə ekspertlər azalmanın müşahidə olunduğunu qeyd edirlər ki, bu da müxtəlif faktorlarla əlaqədardır.

2010-2019-cu illərdə əhalisi azalmış ölkələrin reytinqi:

 

#

 

Ölkə

2019-cu ildə əhalinin sayı

2010-2019-cu illər ərzində azalma, %

1

Suriya

17 070 135

20

2

Puerto-Riko

2 933 408

18

3

Litva

2 759 627

12

4

Bosniya və Herseqovina

3 301 000

11

5

Latviya

1 906 743

10

6

Uollis və Futuna adaları

11 646

10

7

Andorra

77 142

9

8

Sen-Pyer və Mikelon

5 822

8,5

9

Bolqarıstan

7 000 119

6

10

Rumıniya

19 364 557

5,5