10 iyul 2020 18:10
1790

SOCAR təkzib edir 

Dənizdə çalışan neftçilər arasında koronavirusa yoluxan 75 nəfərin reanimasiyada olması haqqında məlumat həqiqəti əks etdirmir.

Bunu Azvision.az -a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

"Dəniz neftçilərimizdən bu qədər adamın reanimasiyada olması haqqında məlumat yanlışdır. Əlbəttə, ayrı-ayrı vaxtlarda yoluxma halları olub. Bu, istər dənizdə, istərsə də quruda və ya aparatda işləyən əməkdaşlarda baş verə bilir. Lakin hazırda yoluxanların əksəriyyəti reanimasiyada deyil", - deyə SOCAR rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkədə dənizdə çalışan 75 neftçinin koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilməsi barədə məlumatlar yayılıb.