21 iyun 2020 21:23
1234

SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə, ölkə miqyasında görülən tədbirlər çərçivəsində 22 iyun 2020-ci il tarixindən etibarən 2 həftə müddətində "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəyi üçün, digər funksional yardımçı xidmətlərlə birlikdə SOCAR İstiqrazları köşkləri də fəaliyyətlərini müvəqqəti olaraq dayandırır.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata görə, *19 99 istiqraz çağrı nömrəsi 7/24 vətəndaşların və investorların xidmətindədir. 

"SOCAR İstiqrazları ilə bağlı istənilən sual və müraciətlərinizi məmnuniyyətlə cavablandırmağa hazırıq.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları üzrə növbəti rüblük faiz ödənişi qrafikə uyğun şəkildə cari ilin 17 iyul tarixində baş tutacaqdır"-deyə, məlumatda qeyd olunub.