01 iyul 2020 11:16
2653

SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi - FOTO

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novaxnı yolu istiqamətində, Gənclər şəhərciyi yaşayış kompleksinin yaxınlığında "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verildi.

“SOCAR Petroleum”dan "İki sahil"ə verilən məlumata görə, bununlada ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırıldı.

Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılmışdır ki, onlardan ikisi sıxılmış təbii qaz (STQ) staışını həyata keçirəcəkdir. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-nin (QSC) 34 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər vardır.