28 mart 2020 10:08
2101

SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub - FOTO

Martın 26-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olmuş, koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olmuşdur.Martın 26-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olmuş, koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olmuşdur.

SOCAR rəhbəri ölkəmizin həyat təminatlı obyektlərindən biri olan H. Əliyev adına NEZ-in fasiləsiz işinin etibarlı təminatının təmin olunması üçün görülən qabaqlayıcı tədbirlərlə tanış olmuş və görülmüş tədbirlərdən razı qaldığını bildirmişdir.

Qeyd edək ki, şirkətin istehsalat sahələrində və inzibati binaların giriş hissələrində daxil olan şəxslərin hərarəti ölçülür, ilkin həkim müayinəsi üçün şərait yaradılmışdır. SOCAR-ın digər istehsalat müəssisələrində olduğu kimi Heydər Əliyev adına Neft Emalı Zavodunda da mütəmadi dezinfeksiya işləri aparılır, işçilərin bir-biri ilə təması məhdudlaşdırılır. İşçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanmış və işçilər arasında, eləcə də onların ailə üzvləri arasında yayılması üçün tədbirlər görülmüşdür.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi bir çox digər qurumlarla yanaşı SOCAR-ın müəyyən olunmuş işçiləri, xüsusi ilə də rəhbər işçiləri Novruz bayramındakı bütün qeyri-iş günlərində tam iş günü ərzində işlərə cəlb edilmişdir. Beləliklə, bayram günlərində də şirkət üzrə epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.