21 may 2020 10:50
481

SOCAR bu il Malayziyaya 109 milyon dollarlıq Azərbaycan nefti göndərib

SOCAR cari ildə Malayziyaya 109 milyon dollarlıq Azərbaycan xam nefti göndərib.

Bu barədə AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“İlin əvvəlindən Ceyhan limanından Malayziyaya ümumilikdə 2 tanker ilə 2 milyon barrel civarında “Azeri Light” markalı xam neft satılıb. Satılan Azərbaycan neftinin dəyəri isə 109 milyon dollar olub”, - deyə o bildirib.