Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
13 fevral 2020 11:58
1711

SOCAR Azərbaycanda öz beynəlxalq təcrübəsindən yararlanacaq

Petkim və "Azərikimya" İB əməkdaşlığı çərçivəsində SOCAR Azərbaycanda öz beynəlxalq təcrübəsindən yararlanacaq

SOCAR-ın beynəlxalq təcrübəsindən Azərbaycanda yararlanmaq məqsədi ilə  “Azərikimya” İB və Dünya İqtisadi Forumu tərəfindən dünyanın ən çox rəqəmsallaşan 18 şirkət sırasına daxil edilmiş SOCAR-ın Türkiyədəki analoji müəssisəsi- “Petkim Petrokimya Holding A.Ş.” arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. SOCAR-ın Türkiyə və Azərbaycandakı zavodlarının əməkdaşları arasında müasir bilik və təcrübə mübadiləsi aparılacaq. “Azərikimya” İB-nin bir qrup gənc mühəndisi yeni qurğuların idarəetmə mexanizmlərini dərindən mənimsəmək məqsədilə 2020-ci ilin birinci rübündə intensiv praktiki təlimlərdə iştirak etmək üçün mərhələli şəkildə “Petkim Petrokimya Holding A.Ş.”yə ezam olunurlar.

Orxan Vahidoğlu, "İki sahil"