13 fevral 2020 20:05
1230

Siz hansı xarici dildə danışırsınız?

Dil səslər, sözlər və cümlələrdən ibarət bir işarə sistemidir. Hər bir xalqın işarə sisteminin özünəməxsus qrammatik, morfolojı, fonetik xüsusiyyətləri var. Dünyada elə dillər də  var ki, onları öyrənmək çox çətindir. Dünyanın ən mürəkkəb dillərini sizə təqdim edirik.

Çin dili

Çin dili düyanın ən çətin dilidir. Onun mürrəkkəbliyi dildəki  simvolların ümumi sayı ilə bağlıdır. Müasir Çin lüğətində təqribən 87 min simvol var. Bu dilin çətinliyi yalnız işarət sistemində deyil, həmdə yazılışındadır . Bir Çin hərifi bir söz və ya bir cümlə ifadə edə bilər. Çin dilinin fonetikası olduqca mürəkkəbdir və 4 tondan ibarətdir. Bu dili  öyrənmək insandan, yaddaş, bacarıqla yanaşı, həm də yüksək məntiq və fəlsəfi təfəkkür tələb edir.

Ərəb dili

Bu gün istifadə edilən ərəb dili ilk dəfə 6-cı əsrdə danışılan klassik Ərəb dilinin inkişaf etmiş formasıdır. Ərəb dilində sözlərin cümlənin əvvəlində, ortasında və sonunda dəyişik formada işlənməsi ilə yanaşı, xüsusi səslərlə tələffüzü də bu dilin öyrənilməsini olduqca çətinləşdirir. Dilin fərdi xüsusiyyətlərindən biri də sözlərin yazılma qaydasıdır. Burada sözlər soldan sağa doğru yazılır. Hər hərf yerindən asılı olaraq 4 müxtəlif  ton olduğu üçün tam fərqli  tələffüz olunur. Ərəb dilində, həmçinin söz sırası bir qayda olaraq belədir: xəbər-mübtəda-tamamlıq. Bu dilin daha bir fərqliliyi ondan ibarətdi ki, burada 3 say növü var: tək, cəm və ikili.

Rus dili

Rus dili dünyanın ən mürəkkəb üç dilindən biridir. Bu dilin əsas çətinliyi sərbəst vurğunun olmasıdır. Məsələn, fransız dilində vurğu yalnız sözün son hecasına qoyulur. Rus dilində isə vurğu həm sözün əvvəlində, həm ortasında, həmçinin axırında ola bilər. Beləliklə, bir söz müxtəlif vurğularla müxtəlif mənalar verir və eyni şəkildə yazılan və tələffüz edilən polisematik sözlərin mənasını yalnız cümlə daxilində müəyyənləşdirmək olur.

Abaz dili

Abaz dilində Qaraçay-Çərkəz Respublikasında danışırlar. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932-33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir.Bu dil haqqında adətən belə deyirlər: “Bu dili əgər uşaqlıqdan bilmirsənsə, böyük yaşlarında onu öyrənmək demək olar ki, qeyri-mümkündür”. Bunun səbəbi isə dilin çətin fonetikasıdır.

Bask dili

Bask dili Avropanın ən qədim dillərindən biridir. Bu dildə Fransanın cənubunda və İspaniyanın şimalında yaşayan insanlar danışır. Bask dilində 24 hal forması var və dil ailələrinin heç bir qoluna aid deyil. Bask dilinin lüğətində ləhcələr də daxil olmaqla yarım milyona yaxın söz var. Bu dildə prefiks və suffikslər yeni dil vahidlərini yaratmaq üçün istifadə olunur. Cümlədəki sözlərin əlaqəsi dəyişən şəkilçilərlə bağlıdır. İkinci Dünya müharibəsi dövründə Amerika hərbiçiləri bu dili gizli məlumatların ötürülməsi üçün istifadə edirdilər. Elə bu gündə bask dili dünyanın  ən çətin dillərindən biri sayılır.

Samirə Tağıyeva, “İki sahil”