24 fevral 2020 17:03
1204

Sirlər ölkəsi Şimali Koreya - FOTO

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya bir çox məsələdə digər dövlətlərdən fərqlənir. Səyahət etmək və turistlər üçün nəzərdə tutulan ərazilərdən kənarda foto çəkməyin çox çətin olduğu  ölkənin bu baxımdan da bir sirri var.

“İki sahil” xəbər verir ki, xaricdən gələn insanların yalnız əvvəlcədən təyin edilmiş yerləri görə bildikləri Şimali Koreya paytaxtı Pxenyanın memarlığı ilə diqqət çəkir.

Nəhəng göydələnləri və demək olar ki, heç bir nəqliyyat hərəkəti olmayan geniş bulvarları olan Şimali Koreyanın paytaxtı bu ölkəyə turistlərin gələ biləcəyi az bölgələrdən biridir.

Koreya əsrlər boyu mövcud olmuş və zaman-zaman işğal edilən bir ölkə idi. İkinci Dünya Müharibəsindən sonra baş verən müharibədə Cənubi və Şimala bölünmüş yarımadada gərgin həyat davam edir. Təxminən 3,5 milyon insanın yaşadığı Pxenyan geniş küçələri və hündür binaları ilə diqqət çəkir. Taedong çayının ikiyə bölündüyü Pxenyan geniş bir düzənlik üzərində qurulub.

Cənubi Koreya vətəndaşlarının Şimali Koreyaya girişi də praktik olaraq qadağandır. 1953-cü ildə müharibə başa çatdıqdan sonra dağılan və heç zaman bir yerə gəlməcək ailələrin dramı bu gün də davam edir.

Paytaxt Pxenyanın olduğu və müharibə baş verən yerlərin ziyarət edildiyi Şimali Koreyada icazəsiz foto çəkmək böyük problemlərə səbəb ola bilər. Şimali koreyalılara turistlərlə ünsiyyət də qadağandır. Turistlərin xalqa bir sual verməsi də qadağandır.

Xarici valyutanın qəbul edilmədiyi ölkədə əvvəlcədən bu tip əməliyyatlar etməyiniz çox vacibdir.