KÖŞƏ

Zahid Rza

Şeytan xislətli Leyla Yunus yenidən ermənilərin xidmətində

15 aprel 2019 11:17
540

Bu gün  ölkəmizdə daim xaos, qarşıdurma yaratmaq istəyən ermənipərəst dairələrin əlində maşa rolunu oynayan, ötən əsrin 90-cı illərində Azərbaycan Müdafiə Nazirliyində işləyərkən hərbi sirlərimizi ermənilərə ötürən, bir vaxtlar “hüquq müdafiəçisi” donuna bürünərək “xalq diplomatiyası” adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Leyla Yunus bu gün də  anti-Azərbaycan dairələrdən aldığı külli miqdarda pulun hesabına onların sifariş və tapşırıqlarını xüsusi canfəşanlıqla yerinə yetirir.

Bu günlərdə Avropada keçirilən bir tədbirdə  bir daha sübut olundu ki, “insan hüquqları müdafiəçisi” pərdəsi altında gizlənən Leyla Yunusun əsas məqsədi külli miqdarda pul qazanmaqdır. Əslində ermənidən daha çox erməni olan, erməni sevgisi ilə alışıb-yanan bu həşəmətli “hüquq müdafiəçisi”nin hələ ölkəmizdə yaşadığı illərdə daim “siyasi məhbus” məsələsi ilə alver etdiyini cəmiyyətimiz yaxşı bilir. Vətənə xəyanətin ən pik nöqtəsində olan L.Yunusun Azərbaycan əleyhinə səsləndirdiyi şər-böhtan dolu cümlələrini daim  Ermənistan mətbuatının manşetə çıxarmasını da hamımız yaxşı bilirik. Erməni lobbisinin nümayəndələri, hətta Ermənistan rəsmiləri çox vaxt Azərbaycan əleyhinə səsləndirdikləri fikirlərdə bu üzdəniraq “hüquq müdafiəçisi”nin fikirlərinə istinad ediblər.

Avropa Parlamentinin binasında “Ermənifobiya: Tarix və bu günün yenidən aktuallaşan məsələsi” mövzusunda keçirilən tədbirdə  (tədbirin mövzusu guya ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması və əzilməsi ilə bağlı olub)  ermənilər öz ənənələrinə sadiq qalaraq əqidədaşları L. Yunusdan sitat gətirərək yalanlarını, şər-böhtanlarını daha inandırıcı etmək yolu tutublar. Onlar L.Yunusun “Azərbaycanda 10 yaşlı uşaqlar xristianların azərbaycanlıların düşməni olduğuna və ermənilərin qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilir” fikrini sitat kimi veriblər. Özü də onun bu fikirləri  “Azərbaycan təhsilinin ayrılmaz hissəsi olan Ermənistan” başlıqlı təqdimatda göstərilib. Buradan bir daha aydın oldu ki, L.Yunus “insan hüquqlarının müdafiəçisi” yox, ermənilərin və Azərbaycan torpaqlarının 20 faizini işğal edən təcavüzkar Ermənistanın sadiq müdafiəçisidir. Əslində ermənilərə genetik bağlılığı olan bu qadından bundan artıq nəsə gözləməyin özü məntiqsizdir.

Bundan başqa, orada “Azərbaycandakı dözülməz vəziyyət”dən, “yüzlərlə siyasi məhbus”dan danışan bu xəyanətkar, insan donuna bürünmüş iblis-qadın “Dağlıq Qarabağ münaqişəsi də başqa problemimizdir. Azərbaycan dövləti bu problemin sülh yolu ilə həllini istəmir” deyərək həyasızlığın, şeytani xislətin ən eybəcər formasını bir daha nümayiş etdirib. Elə buna görə də üzdəniraq Leylanın bu şər-böhtanlarla dolu olan açıqlamalarını həmin Ermənistan mətbuatı əlüstü, yəni təcili şəkildə tirajlayıblar.

Şübhəsiz, erməni xislətli  L.Yunusu cəmiyyətimiz kifayət qədər yaxşı tanıyır. İctimaiyyətimiz yaxşı bilir ki, ermənilərin pulu ilə danışan bu üzdəniraqdan heç vaxt “hüquq müdafiəçisi” ola bilməz. O “siyasi məhbus” məsələsindən yalnız və yalnız yaxşı qazanc mənbəyi kimi istifadə edir. Tanınmış hüquq müdafiəçilərindən olan Mirvari Qəhrəmanlının  Leyla Yunusla bağlı dediklərinə diqqət etdikdə bunu tam aydınlığı ilə anlamaq olur: “Məhbusun siyasi olduğunu sübut etmək üçün bütün məhkəmə proseslərinin monitorinqi aparılmalı, hakimlər tərəfindən proseslərdə olunan pozuntular göstərilməlidir. Sübut edilməlidir ki, bu adamın etdiyi cinayət deyil, sadəcə, siyasi fəaliyyəti ilə əlaqədar həbs edilib. Leyla Yunus üçün siyasi məhbus problemi, sadəcə, biznesdir. Belə bir insanın hazırladığı hansı sənədə inanmaq olar? Yalan, şantaj xarakteri daşıyır. Sadəcə olaraq, o, siyasi məhbuslardan biznes kimi istifadə edir. İnsana şantaj atan birisinin hesabatına heç cür inanmaram. 50-dən çox siyasi məhbus azad olundu. Niyə əvvəlki dinləmələrdə siyasi məhbus məsələsi bu qədər müzakirə olunmurdu? Niyə üç həftə əvvəl verilən və ölkənin bütün təbəqələri tərəfindən yüksək qiymətləndirilən əfv indi  müzakirələrə çıxarılır? Əgər bu məsələ yanvarın əvvəllərində olsaydı, bu qədər təəccüblənməzdim, hətta deyərdim ki, bu, mütləqdir, vacibdir. İndiki müzakirələrdə maraqların güdüldüyü açıq görünür. Leyla Yunus ayrı-ayrı qruplar tərəfindən hazırlanmış tezislər əsasında çıxış edir. Leyla Yunus maddi cəhətdən kifayət qədər təmin olunur”.

Ermənilərlə genetik bağlılığı olan, bütün “şüurlu ömrünü” anti-Azərbaycan təbliğata həsr edən, şeytan xislətli, ruhunu şeytana satan  Leyla Yunusun əsl siması budur. Onun  belə iblisanə əməllərini görəndə adamın əti ürpəşir, qəlbi donur. Belə yerdə dahi Üzeyir Hacıbəylini xatırlamamaq olmur. Vaxtilə böyük vətənpərvər Üzeyir bəy yazırdı ki, bizi xaricdən təhdid edən  general Denikin o qədər təhlükəli deyil. Təhlükəli olan içimizdəki denikinlərdir...

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...