Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
15 iyul 2020 10:31
1176

Şəhid general dəfn olundu - FOTO

Ötən gün Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov son mənzilə yola salınıb.

General-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib, havaya yayılım atəşi açılıb.

Daha sonra şəhid dəfn olunub.

Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb.

P.Həşimov Aprel döyüşlərində də iştirak edib. O, göstərdiyi şücaətə görə təltif olunub.