22 aprel 2019 11:31
103

Şaxtada 8 nəfər ölüb

Əfqanıstanın şimalındakı Səməngan vilayətində kömür mədənində 8 nəfər boğularaq ölüb.

Bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bazar günü baş verib. Şaxtaçılar Dara-i-Sufi Bala kömür yatağında işləyərkən içəriyə zəhərli qaz sızıb. 

"Report"