26 yanvar 2021 01:59
448

Şadlıq sarayından oğurluq edən şəxs saxlanıldı

Bakıda fərqli məkanlardan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 23-dək olan müddətdə Hövsan qəsəbəsi ərazisindəki evlərin birindən 1424 manat dəyərində təmir-tikinti alətləri, bir şadlıq sarayından 860 manat dəyərində, bir yardımçı otaqdan isə 4000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb.