23 may 2019 10:43
416

Şabalıdın faydaları

Şabalıd çoxumuz üçün əvəzsiz və ən çox istehlak edilən qidalardan birinə çevrilib. Evdə sobada və ya qaynadılaraq yeyilə bilən, dadlı və faydalı bir qidadır.

Şabalıd lif, minerallar, yaxşı yağ turşuları, vitaminlər və antioksidant mənbəyidir. Buna görə də çox faydalıdır.

Qan şəkərini tənzimləyir

Şabalıd liflə zəngin bir qidadır. Diabetin qarşısının alınması və tənzimlənməsində çox təsirlidir. Şabalıd kimi lif məhsullarının qlikemik indeksi azdır. Bu, qan şəkərinin daha yavaş yüksəlməsi mənasına gəlir.

İmmunitet sistemini gücləndirir

Şabalıdın tərkibindəki C vitamini və digər antioksidantlar immunitet sisteminin gücləndirilməsi üçün idealdır. Vitamin C ağ qan hüceyrələrinin istehsalını dəstəkləyir. Həmçinin immunitetin gücləndirilməsinə və bir sıra xəstəliklərin qarşısını almağa kömək edir.

Şabalıd sümük sağlamlığını dəstəkləyir

Sümük sağlamlığı dedikdə ağlımıza mis və maqnezium gəlir. Lakin mis sümük inkişafı üçün mühüm rol oynayır. Maqnezium da sümük mineral sıxlığını artırır. Şabalıdın tərkibində olan bu iki mineral sayəsində, sümüklərin yaşlanmasının qarşısını almaq və ya yavaşlatmaq mümkündür.

Bağırsaqların müntəzəm fəaliyyətini təmin edir

Lif mənbəyi olan şabalıd, həm də bağırsaqların tənzimlənməsinə təsir göstərir. Liflər bağırsaqlarda peristaltik hərəkətə səbəb olur. Bu, bağırsaq hərəkətlərini tənzimləyir və narahatlığın qarşısını alır. Liflər, həmçinin yediyimiz qidalarda olan minerallardan və vitaminlərdən mümkün qədər çox faydalanmağımızı təmin edir.

Beyin funksiyalarının inkişafında rol oynayır

Şabalıdın digər bir faydası da beyin funksiyalarını yaxşılaşdırmasıdır. Tərkibindəki B vitamini beynin nevroloji inkişafı və funksiyası ilə birbaşa əlaqələndirilir. Bundan əlavə, şabalıddakı kalium beynə qan axınını artırır, sinir sisteminin sağlamlığını qoruyur, həmçinin konsentrasiyanı və yaddaşı da gücləndirir.

Xərçənglə mübarizə edən hüceyrələri yeniləyir

Şabalıd tərkibindəki  potasyum sayəsində, antioksidant xüsusiyyətləri ilə xərçəngə səbəb ola biləcək hüceyrə mutasiyalarının qarşısını alır, qan axınını tənzimləyərək bədəndəki gərginliyi tənzimləyir və ürək xəstəlikləri  ilə mübarizə aparmağa kömək edir. Tərkibində olan yüksək keyfiyyətli yağ turşuları xolesterol tarazlığını qoruyur, bədənin iltihabını azaldır və qanaxma ehtimalını azaltmağa kömək edir.

Röya Rasimqızı, “İki sahil”