Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
21 noyabr 2020 23:28
133

"Sevilya"nın qapıçısı koronavirusa yoluxdu

“Sevilya”nın qapçısı Yassin Bunu koronavirusa yoluxub.

"İki sahil" qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı qolkiper Mərakeş millisinin düşərgəsindən qayıtdıqdan sonra testdən  keçib və onda COVİD-19 aşkarlanıb. Oyunçu artıq karantinə alınıb.

Qeyd edək ki, “Sevilya” bu gün La Liqanın 9-cu turunnda “Selta”nı qəbul edəcək. Komanda noyabrın 24-də  Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Krosnadar”la qarşılaşacaq.